Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Superliqadan çıxan klublar problemlə üz-üzə

Superliqadan çıxan klublar problemlə üz-üzə

Tarix: 23 Aprel 2021 17:26

Avropa Superliqasından geri çəkilən klublar təşkilata təzminat ödəyə bilərlər.

Milli. Az qol.az-a istinadən xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.  Belə ki, ABŞ-ın "JP Morgan" şirkəti layihəyə 3,2 miloyard dollar yatıracaqdı. Bu məbləğdən qurucu olan hər bir klubun büdcəsinə 300 milyon avro dəyərində gəlir gəlməli idi. Lakin qərarə görə, yarışdan geri çəkilən klublar əldə etməli olduqları gəlir miqdarında təzminat ödəməlidirlər. Əks halda həmin klublar Superliqadan geri çəkilə bilməyəcəklər.

Qeyd edək ki, Avropa Superliqası "Real", "Barselona", "Atletiko", "İnter", "Yuventus", "Milan", "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem" klubları tərəfindən yaradılıb. Daha sonra 10 klub geri çəkilib. Fikrini dəyişməyən qurucular isə "Real" və "Barelona"dır. Avropa Superliqası fəaliyyətini dayandırıb.


Etiketlər:  Superliqadan çıxan klublar problemlə üzə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ