Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2021 18:04
Kiyev İsrailin Baş naziri Benyamin Netanyahuya Ukrayna və Rusiya arasında danışıqlarda vasitəçi olmağı təklif edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyuçuk "I24 news" kanalına müsahibəsində deyib.
"İsrail Baş nazirindən bu ssenaridə mümkün vasitəçi kimi iştirak etməsini artıq xahiş etmişik. Çünki onun həm Rusiya Prezidenti Vladimir Putinlə, həm də Ukrayna Prezidenti Vladimir Zelenski ilə yaxşı münasibətləri var", - ukraynalı diplomat bildirib.
Səfir qeyd edib ki, İsrail Baş naziri bu təklifə "yox" deməyib və əlindən gələni etməyə çalışacağını söyləyib: "Netanyahunun bu təklifi rədd etməməsi bizi çox sevindirdi. Əksinə, o, buna marağını və kömək etmək istəyini göstərdi".