Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“ABŞ və NATO-nun fəaliyyətləri təhlükəni artırır” - Şoyqu

“ABŞ və NATO-nun fəaliyyətləri təhlükəni artırır” - Şoyqu

Tarix: 27 Aprel 2021 13:04

ABŞ və NATO-nun fəaliyyətləri Avropada hərbi təhlükənin artmasına yardım edir.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin müdafiə nazirlərinin Düşənbədə keçirilən iclasında bildirib.

"Amerika Birləşmiş Ştatlarının və NATO-nun Avropa regionundakı qoşunlarının döyüş hazırlığını artırmaq və ön xətti gücləndirmək üçün fəaliyyətləri hərbi təhlükənin artmasına kömək edir. Hərbi infrastruktur modernləşdirilir, əməliyyat və döyüş hazırlığının intensivliyi artır və Amerikanın "dörd-otuz" konsepsiyası həyata keçirilir", - deyə Rusiyanın müdafiə naziri vurğulayıb.

O, Ukraynadakı milliyyətçi əhval-ruhiyyənin Donbassda, o cümlədən Rusiya ilə sərhəd rayonlarda silahlı münaqişəyə səbəb olduğunu qeyd edib.


Etiketlər:  ABŞ NATO fəaliyyətləri təhlükəni artırır Şoyqu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ