Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2021 13:25
Koronavirusa yoluxan Xalq artisti Niyaməddin Musayev artıq evə buraxılıb.
Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, 80 yaşlı sənətçi verilişlərdən birinə telefonla bağlanaraq xəstəxanadan evə buraxıldığını bildirib:
"Hazırda çox yaxşıyam. Buna görə həkimlərimizə təşəkkür edirəm ki, bu qədər qayğıkeşdirlər. Mənimlə yaxından maraqlandılar. Dünəndən artıq xəstəxanadan evə buraxılmışam. Onu da xüsusi ilə qeyd edim ki, xəstəxanada olarkən səhhətimlə maraqlanan dostlarıma təşəkkür edirəm. Nə yaxşı ki, varsınız".