Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2021 11:24
Bakıda iki kişi bir-birini bıçaqlayıb.
Sonxeber.net xəbər verir ki, gecə saat 12 radələrində Nəsimi rayonunda baş verib.
Küçədə mübahisə edən iki kişi sonda bıçağa əl atıblar. 33 yaşlı Telman Nadirov münaqişə zəminində 26 yaşlı Sudef Abbaszadənin qarnından bıçaqla vurub.
S.Abbaszadə də T.Nadirovu sinəsindən bıçaqlayıb. Onlardan biri 5 saylı, digəri isə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.