Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zəngilan hava limanı Azərbaycan üçün şərqə yeni qapı açacaq - Sevil Mikayılova

Zəngilan hava limanı Azərbaycan üçün şərqə yeni qapı açacaq - Sevil Mikayılova

Tarix: 28 Aprel 2021 14:03

"Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş Zəngilan və Cəbrayıl rayonlarına səfəri hər dəfə olduğu kimi böyük maraqla qarşılanıb. İşğaldan azad olunmuş ərazilərə ölkə Rəhbərinin səfəri hər bir azərbaycanlını qürurlandırır, çünki bu səfərlərdə böyük qayıdışımızı təmin edən möhtəşəm quruculuq işlərinin həyata keçirilməsi üçün yeni layihələrin əsası qoyulur".

Milli.Az bildirir ki, bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat bildirib ki, Zəngilanda ilk "ağıllı kənd" pilot layihəsinin əsasının qoyulması xüsusi diqqətə layiqdir, belə ki, bu ərazilərdə müasirlik simvolu olan ağıllı kəndlərin yaradılması bütün dünyaya Azərbaycanın intellectual inkişafının hansı səviyyədə olduğunu göstərir: "Azərbaycan Prezidenti bu ərazilərin tezliklə bərpa olunacağı barədə çox aydın mesajlar verdi. 30 il ərzində işğal altında darmadağın edilmiş ərazilərimizdə tamamilə yeni həyat canlanacaq, vətəndaşlarımızın keyfiyyətli yaşamı təmin ediləcək. Ağıllı kəndlər inkişaf etmiş ölkələrdə yaradılır və bu ərazilərdə məhz yüksək texnologiyalara əsaslanan müasirliyin, inkişafın, tərəqqinin simvolu kimi qəbul olunan bu cür layihələrin həyata keçirilməsi əbədi qayıdışımızın iftixar səhifəsidir. Zəngilanda bütün növ təyyarələri qəbul edə biləcək hava limanının təməlinin qoulması isə Zəngilanın yeni beynəlxalq- logistika mərkəzinə çevrilməsi perspektivlərini təmin edəcək. Mərkəzi nöqtədə qərarlaşacaq bu hava limanı eyni zamanda Azərbaycan üçün şərqə yeni qapı açacaq".

S. Mikayılova vurğulayıb ki, Zəngəzur dəhlizinin açılaması növbəti tarixi nailliyyət olacaq və Şərqi Zəngəzurdan Qərbi Zəngəzura uzanan bu nəqiyyat arteriyası nəinki region ölkələri, eyni zamanda geniş anlamda iqtisadi fəallığı təmin edəcək: "Azərbaycanın qədim, tarixi torpaqları olan Zəngəzur həm Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirəcək, həmçinin regionda da böyük, möhtəşəm bir logistik habın yaradılmasına imkan verəcək. Hazırda Azərbaycan Cənubi Qafqazda yaratdığı yeni reallıqlar fonunda bölgədə çox faydalı əməkdaşlığın əsasını qoyub və cənab Prezidentin işğaldan azad olunmuş ərazilərə hər səfərində biz bunun aydın spektlərini görürük. Əlbəttə ki, bu yenə də Azərbaycanın qüdrəti, ölkəmizin bugünkü inkişafının səviyyəsidir. Bu cür səfərlər davam edəcək və bu torpaqlara bizim qayıdışımız əbədidir".

Milli.Az


Etiketlər:  Zəngilan hava limanı Azərbaycan üçün şərqə yeni qapı açacaq Sevil Mikayılova


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ