Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2021 21:08
"Hazırda vaksinasiya pasportlarının tətbiqi yersizdir. Bu, ölkələr arasında bərabərsizliyə səbəb ola bilər".
Sonxeber.net xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Rusiyadakı nümayəndəsi Melita Vuynoviç deyib.
"Hazırda vaksinasiya pasportunun tətbiqi çox böyük bərabərsizliyə səbəb olacaq. Nəzərə almaq lazımdır ki, çox sayda ölkə və insan peyvənd olunmaq imkanına sahib deyil. Sadəcə, onların vaksinləri yoxdur", - Vuynoviç qeyd edib. /medicina.az