Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2021 12:30
Xalq artisti Niyaməddin Musayev xəstəxanadan evə buraxılıb.
Mİlli.Az axşam.az-a istinadən xəbər verir ki, koronavirusa yoluxan müğənni bu haqda "Bizimləsən" proqramına telefonla qoşularaq deyib. O bildirib ki, 20 gün həkim nəzarətində qalıb:
"Soyuqladım, sonra gördüm nəfəs ala bilmirəm, öskürürəm. Üstünə tez düşdük. Evdə dərman etdilər. Həkimə getmədim. Uşaqllarım məcbur dedi ki, aparmaq lazımdır xəstəxanaya. Gətirdilər xəstəxanaya, 20 gün orada qaldım. Sonda test verdim, neqativ oldu və evə buraxıldım".