Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycan Ordusu Ermənistana sarsıdıcı cavab verəcək'' - Hərbi ekspert

''Azərbaycan Ordusu Ermənistana sarsıdıcı cavab verəcək'' - Hərbi ekspert

Tarix: 29 Aprel 2021 15:03

"Azərbaycan tərəfi artıq bir neçə dəfədir ki, erməni təxribatlarına kifayət qədər təmkinli və səbirli münasibət göstərir. Bu isə Azərbaycanın münaqişənin yenidən alovlanmasında deyil, əksinə üçtərəfli birgə bəyanatın şərtlərinin sözsüz yerinə yetirilməsində maraqlı olduğunu göstərir. Lakin Ermənistan tərəfi bu hallardan, eləcə də sülhməramlıların orada qismən passivlik göstərməsindən, o cümlədən indiyə qədər Qarabağda olan silahlıların ərazidən tam uzaqlaşdırılmamasından istifadə edərək zaman-zaman təxribatlara yol verirlər".

Bunu Sonxeber.net-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert bildirib ki, Azərbaycan münaqişənin alovlanmasında maraqlı deyil:

"Belə təxribatlara cavab olaraq da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iki gün əvvəl buna sərt bir reaksiya verib və ermənilərə son xəbərdarlıq səsləndirilib. Görünən odur ki, əgər erməni tərəfi əvvəllər olduğu kimi, məsələn Tovuz hadisələri zamanı Azərbaycanın ən yüksək rəsmi səviyyədə səsləndirdiyi bəyanatları eşitməzlikdən gələrlərsə, o zaman ermənilərə qarşı təkrar lazımı, o cümlədən ən sərt addımlar atıla bilər.

Ermənilərə veriləcək cavab bizdən çox onların təxribatının miqyasından asılı olacaq. Ermənistan silahlı qüvvələrinin hazırkı durumu onları geniş miqyasda hansısa müntəzəm ordu birləşmələri tərəfindən əməliyyatlar həyata keçirməsini istisna edir. Ən azından hələ ki, onlarda bunu həyata keçimək üçün ciddi potensial yoxdur. Lakin seçkiyə qədər olan müddətdə Ermənistan tərəfində revanşist qüvvələrə yaxın olan hissə komandirləri və yaxud da I Qarabağ savaşında müəyyən potensiala, imkanlara malik insanlar tərəfindən lokal xarakterli təxribatlara isə Azərbaycan anında cavab verməyə artıq hazırdır. Prezidentin verdiyi bəyanatın altını oxumağa çalışsaq, o zaman həm Dövlət Sərhəd Xidmətinin, həm Ordu birləşmələrimizin bu addımlar növbəti dəfə təkrarlanarsa, Ermənistan tərəfinin bu addımlarına kifayət qədər ciddi və sarsıdıcı cavab verəcəyini gözləyə bilərik.

Bir daha qeyd edirəm ki, hərbi əməliyyatların miqyası Ermənistan tərəfinin törətdiyi təxribatlara adekvat olacaq. Biz heç də münaqişənin alovlanmasında maraqlı deyilik. Lakin erməni tərəfi bunu xahiş edərsə, böyük məmnuniyyətlə bu addımları atacağıq". 

Təhməz Əsədov


Etiketlər:  Azərbaycan Ordusu Ermənistana sarsıdıcı cavab verəcək Hərbi ekspert


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ