Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2021 23:12
Almaniyanın nüfuzlu Robert Kox Universiteti rəhbəri Lotar Vieler yeni koronavirus pandemiyasının 2022-ci ilin sonuna qədər sürəcəyini düşündüklərini açıqlayıb.
Sonxeber.net xəbər verir ki, Vieler Berlindəki mətbuat konfransında virusun meydana çıxdığı gündən Almaniyada 3,3 milyon yoluxma qeydə alındığını bildirib.
"Virus sərhəd tanımır. Pandemiya ancaq bütün dünyada virusun kontrola alınmasından sonra səngiyə bilər. Hələ ki, buna nail olunmayıb. Kovid üçün tətbiq edilən peyvəndləmə virusu tamam məhv etməsə də, bu günkü durumun daha pis olmasının qarşısını alacaq. Almaniyada çox peyvənd olunub, amma yenə də peyvəndsiz qalan yüz minlərlə insan var".
2022-ci ilin sonuna kimi peyvəndləmə ilə yanaşı virusun ara-sıra hücumu və pandemiyanın davam etməsi gözlənilir. /medicina.az