Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qəhrəman şəhidimiz Fuad Məhərrəmli şərəfli döyüş yolu keçib - VİDEO

Qəhrəman şəhidimiz Fuad Məhərrəmli şərəfli döyüş yolu keçib - VİDEO

Tarix: 1 May 2021 10:56

44 günlük Vətən müharibəsində əldə edilmiş qələbədə onun da payı var. O da Vətən uğrunda canından keçən qəhrəmanlarımızdandır...

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət Tərtər rayon sakini Fuad Məhərrəmlidən gedir.

O, hərbi xidmətini başa vurduqdan sonra ordu sıralarında qalmağa qərar verir. Vətən müharibəsinin ilk günündən qızğın döyüşlərə qatılan Fuad xüsusilə Suqovuşan və Talış kəndləri istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. O, düşmənin canlı qüvvəsinin, texnikasının məhv edilməsində böyük şücaət göstərib. Qəhrəmanımız ötən il oktyabrın 19-da Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Fuad hər dəfə anası ilə telefonla danışanda qələbənin yaxında olduğunu deyirmiş.

Şəhidimiz Evoğlu kənd qəbiristanlığında dəfn edilib. 26 yaşında şəhadətə yüksələn Fuad Məhərrəmli ölümündən sonra ''Suqovuşanın azad olunmasına görə '' medali ilə təltif edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Qəhrəman şəhidimiz Fuad Məhərrəmli şərəfli döyüş yolu keçib VİDEO


RƏYLƏR