Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İstanbulda yürüş etmək istəyən 244 nəfər saxlanıldı - FOTO

İstanbulda yürüş etmək istəyən 244 nəfər saxlanıldı - FOTO

Tarix: 1 May 2021 22:20

Koronavirus əleyhinə tədbirlər çərçivəsində Türkiyədə 1 may - Əmək və Həmrəylik Günü qeyd olunmasa da, bir qrup şəxs buna məhəl qoymayaraq Taksimdə yürüşə cəhd edib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, qabaqcadan tədbir görən polis pandemiyaya görə tam qapanma səbəbindən kütləvi toplaşmaya icazə verilməyəcəyi ilə bağlı xəbərdarlıq edib. Buna baxmayaraq, yürüşə davam edən və şüarlar səsləndirən qruplar polisə müqavimət göstərib. Polisin müdaxiləsindən sonra 244 yürüş iştirakçısı saxlanılıb.

İstanbul valiliyindən verilən açıqlamada Türkiyədə fəaliyyət göstərən HAK-İŞ, TÜRK-İŞ, Birləşmiş Dövlət İş konfederasiyaları, Vətən Partiyası və bir sıra digər qurumlar tərəfindən Əmək və Həmrəylik Günü münasibətilə Taksim Meydanında müəyyən edilmiş saatlar aralığında tədbir keçirilməsinə icazə verildiyi qeyd olunub.


Etiketlər:  İstanbulda yürüş etmək istəyən nəfər saxlanıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ