Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2021 23:14
BioNTech peyvənd şirkəti 12-15 yaş qrupu uşaqların vaksinasiyası üçün Avropa Dərman Agentliyinə müraciət edib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, agentlik təsdiq etdiyi halda 27 Avropa ölkəsində bu yaş qrupundakı uşaqlara peyvənd vurulmasına başlanılacaq. Eyni zamanda "Təcili istifadə icazəsi" üçün Amerika Qida və Dərman Təhlükəsizliyi idarəsinə də müraciət ünvanlanıb.
Qeyd edək ki, şirkət ABŞ-da 12-15 yaş qrupunda 260 uşaq üzərində apardığı tədqiqatda peyvəndin 100 faiz effektli olduğunu sübut edib.
Açıqlamada əks təsirlərin 16-25 yaş qrupuna təsadüf edəcəyi bildirilib.
Əgər Avropa Dərman Agentliyi təsdiq edərsə, 12-15 yaş qrupundakı uşaqların vaksinasiyasına iyun ayının ortalarında start veriləcək.
Avropa Birliyi BioNTech-Pfizer peyvəndinin uşaqlarda istifadəyə başlaması üçün elmi qiymətləndirmə və tədqiqatların nəticələrini gözlədiyini açıqlayıb.