Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2021 16:40
"Rusiya XİN rəhbəri Sergey Lavrov mayın 5-6-da İrəvana səfər edəcək, bundan sonra mayın 10-11-də Bakıya gedəcək. Lavrovun mayın 7-9-da harada olacağı və 9 mayı harada qeyd edəcəyi bildirilmir".
Sonxeber.net ordu.az-a istina xəbər verir ki, bu barədə "Lragir" nəşrində dərc olunan məqalədə bildirilib.
"Rus sülhməramlılar mayın 9-da Xankəndidə parad təşkil etməyə hazırlaşırlar. Rusiya mayın 9-da Xankəndidə 1992-ci ilin bu gün ələ keçirilmiş (işğal edilmiş red.) və 2020-ci ildə rusların "dua"ları ilə itirilmiş Şuşanın xatirəsini silmək üçün böyük parad keçirir", - deyə məqalədə bildirilib.
Müəllifin sözlərinə görə, ruslar Xocavənd rayonunda Njdenin heykəlini sökməyi tələb edirlər.
"Rusların tələbi ilə Qarbağda rus dili ikinci rəsmi dilə çevrilib, Xankəndi küçələrindən Ermənistan bayraqları çıxarılıb, Xocavənddə Njdenin heykələrini sökməyi tələb edirlər, aprelin 24-də futbol yarışı təşkil edirlər. Və indi Xankəndidə parad təşkil etmək istəyirlər", - deyə müəllif qeyd edib.