Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arterial təzyiqin orqanlara təsiri

Arterial təzyiqin orqanlara təsiri

Tarix: 4 May 2021 07:12

Uzun müddət arterial təzyiqdən əziyyət çəkən xəstələrin müxtəlif orqanlarında müxtəlif cür patologiyalar baş verir. Patologiyalara hədəf orqanlara aşağıdakılar aiddir:
- ürək
- baş beyin
- böyrəklər
- damarlar
Arterial təzyiq zamanı ürək
Yüksək arterial təzyiq zamanı ürəyin zədələnməsi,sol mədəciyin hipertrofiyası,stenokardiya,miokard infarktı,hətta qəfil ürək ölümü baş verə bilir.Arterial təzyiqin ürəyə çox təsiri olduğundan "ürək təzyiqi" termini son illərdə daha çox istifadə olunur.Belə ki,yüksək arterial təzyiq ürəkdə sol mədəciyin hipertrofiyasına,sol mədəciyin disfunksiyasına və hipertrofiyasına,ürək çatışmazlığına səbəb olduğuna görə xəstələrdə patoloji dəyişikliklərin əmələ gəlməsinə səbəb olur.
Arterial təzyiq zamanı böyrəklər
Böyrəklər arterial təzyiqin tənzimlənməsində mühüm rol oynayan orqanlardan biridir.Bu vazofəal maddələrin ifrazı ilə bağlıdır.Ağırlaşmaları olmayan arterial təzyiq zamanı böyrəklərin funksiyası normal our.Kəskin və yüksək arterial təzyiq yumaqcıq filtirasiyasının işini əhəmiyyətli dərəcədə aşağı salır.Daimi yüksək təzyiq yumaqvari membranların funksiyasının pozulmasına səbəb olduğu üçün arterial təzyiqin onunla əlaqədar olduğu söylənilir.Bundan başqa yüksək arterial təzyiq böyrək arteriyasının konstruksiyası yaranır ki,bu da onun funksiyasını pozmaqla proksimal kanalcıqların ilkin işemiyasına səbəb olur.İşemiyanın baş verməsi bütün nefronun zədələnməsinə gətirib çıxarır.
Arterial təzyiqin ağırlaşması olan hipertonik nefroskleroz böyrəklərin ifrazat funksiyasın zəifləməsilə xarakterizə olunur.
Arterial təzyiq zamanı damarlar və baş-beyin
Damar mənfəzinin daralmasının yüksək olması arterial təzyiqin qalxmasında böyük rol oynayır.Damarlar təzyiqin yüksəlməsində rol oynamaqlarına baxmayaraq,zədələnməyə məruz qalan orqanlardan biri sayılır.Belə ki,baş-beyin xırda arteriyalarının zədələnməsi insulta,böyrək damarlarının zədələnməsi böyrəklərin funksiyasının pozulmasına səbəb olur.
Göz dibinin tətbiqi təzyiq zamanı damarların zədələnməsinin informasiya mənbəyidir.Belə ki,yüksək təzyiqdən uzun müddət əziyyət çəkən adamlarda hipertonik retinopatiya inkişaf edir.Göz dibinin damarlarında yüksək təzyiq zamanı bir çox patologiyalara məruz qalır.Belə ki,təzyiqin yüksəkliyindən və müddətində asılı olaraq göz damarlarında aşağıdakı patologiyalar əmələ gələ bilir:
- arteriollarin daralması
- angioskleroz
- arteriya-venoz çarpazlanma
- angiospastik retinopatiya
- göz siniri diskinin şişməsi
- damarların əhəmiyyətli dərəcədə daralması
Xəstəliklərin əmələ gəlməsi arterial təzyiqin yüksəklik dərəcəsindən və onun müddətindən çox asılıdır.Belə ki,təzyiqli xəstələrin uzun müddət heç bir şikayətləri olmur.Onlar baş ağrısı,boyun və ənsə nahiyədə xoşagəlməz narahatlıq hissinin olmasından,bir müddət sonra baş gicəllənmədən,qulaqlarda küydən,ürək bulanmadan,gözlərinin önündə qığılcımların olmasından şikayətlənirlər.
Təzyiqli xəstələr mütəmadi olaraq həkim qəbulunda olmalı,həkimin göstərişlərinə əməl etməli və hər gün təzyiqlərinə nəzarət eləməlidir.


Etiketlər:  Arterial təzyiqin orqanlara təsiri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ