Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aslanın qəza səbəbi bilindi

Aslanın qəza səbəbi bilindi

Tarix: 4 May 2021 18:00

Mərhum müğənni Aslan Hüseynovun Sevinc adlı qohumu "Bizimləsən" proqramına telefonla bağlanıb.

Sonxeber.net axşam.az-a istinadla xəbər verir ki, o, ifaçının qəza zamanı sükan arxasında tək olduğunu bildirib:

"Anasının üç mərasimi Bakıda oldu. Dedi ki, yeddi mərasimi üçün Gəncəyə gedəcəm. Ehsan paylayıb. Səhərə yaxın Bakıya qayıdırmış. Maşında tək olub. Aslan sükan arxasında yatıb. Qəzada adı keçən Məhəmməd Vəliyev avtomobilin sahibidir, amma orada olmayıb. Aslan maşını ondan alıb.

Deyirlər ki, təcili yardımda xəstəxanaya çatana kimi dünyasını dəyişib. Biz xəbəri eşidəndə hər yerə zəng etdik, heç yanda adı qeydiyyatda edilməmişdi. Günorta öyrənə bildik ki, avtomobildəki Aslan olub".

Qeyd edək ki, 55 yaşlı müğənni bu gün avtomobil qəzasında vəfat edib. O, Gəncədə anasının yanında dəfn olunacaq. Sənətçinin iki övladı var.


Etiketlər:  Aslanın qəza səbəbi bilindi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ