Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2021 14:12
"Bu, mənim üçün yeni sahədir. Çalışacağam ki, öhdəsindən gəlim".
Sonxeber.net xəbər verir ki, bunu "Qafqazinfo"ya açıqlamasında "Space" kanalına yeni rəhbər təyin edilmiş Ülviyyə Mikayılova deyib. O, kanalın rəhbərliyinin ona həvalə edilməsini böyük etimad kimi qiymətləndirib: "Bu vəzifə həm də çox böyük məsuliyyətdir. Mən çalışacağam ki, vəzifəmin öhdəsindən gəlim. Kanalda hansı yeniliklər edəcəyim barədə danışmaq hələ tezdir. Gedib işimlə tanış olduqdan sonra bu barədə danışa bilərəm.
Yeni sahə hamı üçün çətindir. Amma ümidvaram ki, bu işin də öhdəsindən gələcəyəm".