Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Buzova reanimasiyaya yerləşdirilib

Buzova reanimasiyaya yerləşdirilib

Tarix: 6 May 2021 08:28

Rusiyalı müğənni, aparıcı Olqa Buzova xəstəxanalıq olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, Moskva xəstəxanalarının birində ümumi narkoz altında keçirdiyi ağır əməliyyatdan sonra reanimasiya şöbəsində yatır.

"Dom-2" layihəsinin ulduzu bir sutkadan çoxdur instaqramda aktiv deyil.

Buzovanın anası İrina Aleksandrova ilə əlaqə saxlayan jurnalistlər onun qızının xəstəxanaya yerləşdirilməsindən xəbərsiz olduğunu öyrəniblər.

Öz növbəsində, məşhurun piar direktoru ifaçının xəstəxanada olduğunu təsdiqləyib. O, həmçinin bildirib ki, Buzova həqiqətən əməliyyat olunub, lakin digər təfərrüatları açıqlamayıb.

Milli.Az


Etiketlər:  Buzova reanimasiyaya yerləşdirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ