Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Azərbaycan özü onu yox edə bilər" - Hərbi ekspert

Tarix: 8 May 2021 15:42

"Mətbuatda sabaha qədər Qaregin Njdenin Xocavənddə olan abidəsinin sökülməsinə dair kifayət qədər geniş materiallar mövcud idi. Maraqlı olan bu idi ki, bu abidənin sökülməsini tələb edən qondarma rejimin "Təhlükəsizlik Şurasının katibi", Xocalı qatili olan Vitali Balasanyan idi. Hansı ki, noyabrın 11-də Vitali Balasanyan Qaregini qəhrəman kimi xalqa qəhrəman kimi təqdim edirdi, lakin başına Dəmir yumruq dəydikdən sonra o, bir qədər ağıllanmağa cəhd edərək "Niyə Qaregin Njdenin abidəsi Xocavənddə olmalıdır? Onu başqa bir ərazidə, məsələn Zəngəzurda Ermənistan ərazisində yerləşdirmək mümkün deyilmi?" sualı da səsləndirib".

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, Njdenin heykəlinin söküləcəyinə şübhəm yoxdur:

"Bu abidənin sökülməsi bəlkə də hazırda davam etməkdədir. Azərbaycan ərazisində erməni faşistinə qoyulan abidənin sökülməsi problem deyil. Azərbaycan onu başqa yollarla da aradan qaldırmaq imkanlarına malikdir. Lakin biz bunu mümkün qədər sakit və ermənilərə öz əlləri ilə sökdürmək qərarına gəlmişik. Njdenin heykəlinin söküləcəyinə şübhəm yoxdur. 

Rusiya sülhməramlılarının 9 May Qələbə günü ilə əlaqədar təşkil edəcəyi tədbiri isə parad adlandırmazdım. Parada hava, dəniz, yerüstü komponenti olur, paradda silahlı qüvvələrin müxtəlif qoşun növləri öz zirehli, zirehsiz və yüngül texnikaları ilə, ağır və yüngül artileriya sistemləri, pilotlu və pilotsuz aviasiya, o cümlədən digər komponentlər daxil olmalıdır. Bunu daha çox təntənəli keçid adlandırardım. Bu keçid yəqin ki, baştutacaq".

Təhməz Əsədov

Milli.Az


Etiketlər:  Azərbaycan özü onu yox edə bilər Hərbi ekspert


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ