Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2021 21:32
Futbol üzrə ABŞ birinci liqasında 2-ci turun oyunları keçirilib.
Sonxeber.net matc.az-a istinadən bildirir ki, Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Finiks Rayzinq" də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda "Oakland Roots" ilə qarşılaşıb. Oyun "Finiks Rayzinq"in 3:0 hesablı qələbəsiylə başa çatıb.
Dadaşov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan hücumçu sonadək mübarizə aparsa da, bu dəfə də fərqlənməyi bacarmayıb.
İki oyuna 6 xal toplayan "Finiks Rayzinq" hazırda birinci pillədə qərarlaşıb.