Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yuventus''un futbolçusu Almaniya yolunda

''Yuventus''un futbolçusu Almaniya yolunda

Tarix: 9 May 2021 21:44

"Yuventus"un futbolçusu Voyçex Şesnı karyerasını Almaniyada davam etdirə bilər.

Sonxeber.net matc.az-a istinadən bildirir ki, 31 yaşlı qapıçı ilə Dortmund "Borussiya"sı yaxından maraqlanır.

Bundesliqa klubunun nümayəndələri mövsümün sonunda Şesnı və "Yuventus"la danışıqlara başlayacaq.
 
"Yuventus" "Milan"ın qapıçısı Canluici Donnarummanı transfer etmək niyyətindədir. Turin təmsilçisi bu səbəbdən polşalı qapıçısını satmağa hazırdır.
 
"Yuventus"la müqaviləsi 2024-cü ilin yayına qədər olan Şesnı bu mövsüm A Seriyasında 27 oyuna çıxıb.


Etiketlər:  Yuventusun futbolçusu Almaniya yolunda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ