Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Filippində valideynlər uşağa qoyduqları adı özləri də tələffüz etməkdə çətinlik çəkirlər

Filippində valideynlər uşağa qoyduqları adı özləri də tələffüz etməkdə çətinlik çəkirlər

Tarix: 10 May 2021 19:32

Filippində valideynlər yeni doğulan uşaqlarına elə bir uzun ad qoyublar ki, hətta özləri belə onu tələffüz etməkdə çətinlik çəkirlər.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, balacanı evdə sadələşdirilmiş adla çağırsalar da, rəsmi sənədlərdə onun adı o qədər də asan deyil. Belə ki, uşağın adı Qlinnil Hilhir İzziqil Mampuan Buskatodur və bu ad 34 hərfdən ibarətdir. Uşağın adının əks olunduğu sənədi foto kimi çəkən ailənin dostlarından biri onu sosial şəbəkədə yerləşdirib. Bu fotonun 50 min dəfə təkrar yayımlandığı və nəticədə virusa çevrildiyi bildirilir.

Yerli televiziyaya müsahibə verən valideynlər bildiriblər ki, uşağın adı yaxın qohumların adlarından götürülmüş hərflərin kombinasiyasıdır. Balacanın atası isə bildirib ki, o, böyüyən zaman adının necə əhəmiyyətli olduğunu balacaya izah edəcək.


Etiketlər:  Filippində valideynlər uşağa qoyduqları adı özləri tələffüz etməkdə çətinlik çəkirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ