Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

12-15 yaş arası uşaqlar “Pfizer”lə peyvəndlənəcək

12-15 yaş arası uşaqlar “Pfizer”lə peyvəndlənəcək

Tarix: 11 May 2021 16:56

ABŞ Qida və Dərman İdarəsi (FDA) Amerikanın "Pfizer" və Almaniyanın "BioNTech" şirkəti tərəfindən 12-15 yaş arası uşaqlar üçün istehsal olunan koronavirus peyvəndinin istifadəsini təsdiqləyib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə FDA komissarı vəzifəsini icra edən Dr. Canet Vudkok açıqlama verib.

"Peyvənd yaşının genişlənməsi epidemiyanı sona çatdıracaq və bizi normal həyata qayıtmağa yaxınlaşdıracaq",- deyə Vudkok bildirib. 

O, təsdiqləmə əməliyyatı tamamlandıqdan sonra dövlətlərin payızda məktəblər açılmadan orta məktəb şagirdlərinə peyvənd verməyə başlaya biləcəyini vurğulayıb. 

Qeyd edək ki, ABŞ əczaçılıq şirkəti "Pfizer" 25 martda alman tərəfdaşı "BioNTech" ilə 6 aydan 11 yaşa qədər uşaqlarda "COVID-19" peyvənd sınaqlarının da başladığını elan etmişdi.

Bir müddət əvvəl isə "Pfizer/BioNTech, ABŞ-da 12-15 yaş arasında 2 260 nəfər üzərində apardığı klinik sınaqların 100 faiz effektivlik göstərdiyini açıqlamışdı. 


Etiketlər:  yaş arası uşaqlar Pfizerlə peyvəndlənəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ