Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2021 23:30
Ermənistanın paytaxtı Yerevanın Kentron Rayon İcra Hakimiyyəti başçısının müavini Armen Azizyan və icra hakimiyyətinin şöbə müdiri Manvel Marqaryan həbs ediliblər.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, həbslərə səbəb hər iki vəzifəli şəxsin davada iştirakıdır.
Ermənistanın Baş Prokurorluğunun İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib ki, Armen Azizyan Cinayət Məcəlləsinin 309-cu maddəsinə (vəzifə səlahiyyətlərinin aşılması, silah və ya xüsusi vasitələrdən istifadə ilə əlaqəli zorakılıq) əsasən həbs edilib. Hadisənin digər iştirakçısı isə 258-ci maddə (xuliqanlıq, insan sağlamlığına orta ağırlıqlı xəsarət yetirmə) ilə saxlanılıb.
Xatırladaq ki, daha əvvəl yerli mətbuatda Armen Azizyanın tabeliyində olan şəxsi döyməsi barədə məlumat yayılıb.