Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''KARVAN-L'' şirkətlər qrupunun İcraçı Direktoru Rəna Qafarova Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının (TDTSP) üzvü seçilib.

''KARVAN-L'' şirkətlər qrupunun İcraçı Direktoru Rəna Qafarova Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının (TDTSP) üzvü seçilib.

Tarix: 1 Avqust 2019 15:57

Bakı. Trend:

Azərbaycan,Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan arasındakı qarşılıqlı ticarət və investisiya imkanlarının genişləndirilməsinə dəstək məqsədilə yaradılan TDTSPin İstanbulda keçirilən 1-ci Baş Assambleyasında Rəna Qafarova daxil olmaqla, Azərbaycandan 5 üzv seçilmişdir.

Biznes sahəsinin ən mühüm təşkilatları və tədbirlərində fəal şəkildə iştirak edən "KARVAN-L" MMC türkdilli ölkələrinin biznes mühiti və iqtisadiyyatının inkişafına töhvə verməyə çalışır.

Ölkəmiz bu mötəbər qurumda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin rəhbərliyi ilə Vüqar Abbasov, Fərhad Qaraşov, Şahmar Vəliyev və Rəna Qəfərovadan ibarət nümayəndə heyəti tərəfindən təmsil olunub. İlkin mərhələdə TDTSP-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan vəTürkiyə təmsil olunacaq. Sonradan başqa türkdilli dövlətlərin də daxil olması gözlənilir

Qeyd edək ki, Rəna Qafarova "KARVAN-L" MMC şirkətlər qrupunun baş icraçı direktoru vəzifəsinə 2016-cı ildə təyin olunub. Bundan əvvəl o, “Karvan L” MMC-ə məxsus şirkətlərdə müxtəlif rəhbər vəzifələrdə çalışıb

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  KARVAN şirkətlər qrupunun İcraçı Direktoru Rəna Qafarova Türkdilli Dövlətlərin Ticarət Sənaye Palatasının TDTSP üzvü seçilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ