Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2021 10:05
Tanınmış müğənni Rihanna özünün "Fenty Skin" kosmetik brendinin məhsulu olan "Butta Drop" kremini reklam edib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, mayın əvvəllərində təqdim olunan veqan kremi brendin bədənə qulluq üçün ilk vasitəsidir. Bunadək "Fenty Skin" yalnız üz üçün toner, nəmləndirici və qoruyucu vasitələr istehsal edib.
Pərəstişkarları ulduzun yeni görkəmini böyük rəğbətlə qarşılayıb və öz heyrətlərini gizlətməyərək, ifaçının ünvanına təriflər yağdırıblar.