Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2021 14:06
Son günlər katalizatorların qiymətinin bir neçə dəfə bahalaşması belə bir sualı aktuallaşdırır. Avtomobillərin ehtiyyat hissələri ölkəmizdə niyə istehsal olunmur? Maşın üçün lazım olan ən sadə detalı belə xaricdən alıb ölkəmizə gətiririk. Xaricdən alınan ehtiyyat hissələr həm baha başa gəlir, həm də ki 100 milyonlarla dollar vəsiat ölkədən çıxarılır. Ekspertlər hesab edir ki, təcrübəli istehsalçıları Azərbaycana dəvət etməklə bu sahəni inkişaf etdirmək mümkündür.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, avtomobillərin sayı ildən-ilə artsa da ehtiyat hissələr hələ də ölkə xaricindən gətirilir.
Son illərin statistik göstəricilərə əsasən nəqliyyat vasitələrinin sayı 1 milyon 400 mini keçib. Lakin hələ də vətəndaşlar avtomobilin təmiri zamanı başqa ölkələrin məhsullarından istifadə edirlər. Maşın üçün lazım olan ən sadə bir detal belə xaricdən alınır. Bəs görəsən ölkəmizdə bu sahə niyə inkişaf etməyib ? Ekspert Rəşad Həsənov bildirib ki,buna səbəb yerli istehsalın keyfiyyətinə güvənin aşağı olmasıdır.Daxili bazarlar kiçik olduğu üçün investorlar yatırımda maraqlı deyillər.
Satıcıların sözlərinə görə müştərilərə daha çox Yaponiya, Koreya ,Almaniya və Rusiyadan gətirilən məhsullar təklif edilir..
Sürücülər isə öz məhsulumuzun istehsal olunmasının tərəfdarıdırlar. Çünki xaricdən alınan ehtiyyat hissələr həm baha başa gəlir,həmdəki hər il 100 milyonlarla dollar vəsiat ölkədən çıxarılır...
Ekspert onu da bildirib ki bu sahənin təcrübəli istehsalçıları Azərbaycana gətirilməlidir. Bundan əlavə avtomobil istehsal olunan zavodların yanında avtomobil hissələrini istehsal edən kiçik müəssisələr yaradılsa bu sahədə irəliləyiş əldə etmək olar.