Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

11 ildən sonra yenidən Premyer Liqada

11 ildən sonra yenidən Premyer Liqada

Tarix: 15 May 2021 19:32

"Mançester Siti"nin qapıçısı Skott Karson üçün İngiltərə Premyer Liqasının 36-cı turunun "Nyukasl"la oyunu (4:3) əlamətdar olub.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 35 yaşlı qolkiper 11 ildən sonra ilk dəfə Premyer Liqa matçına çıxıb. O, start heyətdə meydana daxil olub.

Karson ölkə çempionatında bundan əvvəl sonuncu görüşünə  2011-ci ilin mayında "Vest Brombviç"də oynayarkən çıxmışdı.

Qeyd edək ki, ingilis qapıçı 2019-cu ildə "Derbi Kaunti"dən icarə əsasında "Mançester Siti"yə keçib. "Nyukasl"la oyun onun Mançester təmsilçisindəki ilk oyunu olub.


Etiketlər:  ildən sonra yenidən Premyer Liqada


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ