Tarix: 1 Avqust 2019 23:08
“Neftçi” bu mövsüm Avropa Liqasına uğurlu start verib.
Qol.az xəbər verir ki, artıq 3-cü təsnifat mərhələsinə vəsiqə qazanan “ağ-qaralar” keçirdiyi 4 oyunda qapısından qol buraxmayıb. Əvəzində isə Roberto Bordinin komandası rəqib qapılarından 13 top keçirib ki, bu da orta hesabla hər oyuna 3 qol edir.
Xatırladaq ki, bu gün Rusiyanın “Arsenal” klubuna 3 cavabsız qolla qalib gələn (ilk oyun -1:0) “Neftçi” 1-ci mərhələdə Moldova təmsilçisi “Sperantsa”nı (3:0, 6:0) mübarizədən kənarlaşdırıb.