Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2021 11:58
Terror təşkilatı PKK-nın liderlərindən olan Murad Karayılan ciddi zərbələr aldıqlarını və terrorçularına qaçmaq üçün təlimat verdiyini etiraf edib.
Sonxeber.net milliyet-ə istinadən xəbər verir ki, terrorçu təşkilatın yayın orqanlarına "Pəncə" hərəkatından aldıqları ağır zərbələrlə bağlı "ciddi zərbələr aldıq, ağır itkilərimiz oldu. Bir çox bölgədə komandirlərimizi itirdik. Bizi zəiflədib yox etmək istəyirlər" deyib.
Məlumatlara görə, Karayılan Türkiyə ordusunun ən müasir texnoloji vasitələrlə hücuma keçdiklərini deyib.
Kamran Seyidov