Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2021 12:06
Ukrayna prezidenti Vladimir Zelenski ölkədə yeni qoşun növünün yaradılması barədə fərman imzalamağa hazırlaşır.
Sonxeber.net modern.az-a istinadən xəbər verir ki, bunu Milli Təhlükəsilik və Müdafiə Şurasının katibi Aleksey Danilov "Ukrayna" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, dövlət başçısı Ukraynada kiberqoşunların yaradılmasını planlaşdırır. Müvafiq sənədin yaxın zamanda imzalanacağı gözlənilir.