Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xırdalanda güclü yanğın başlayıb, partlayış səsləri eşidilib - YENİLƏNİB

Xırdalanda güclü yanğın başlayıb, partlayış səsləri eşidilib - YENİLƏNİB

Tarix: 18 May 2021 10:52

10:50

Abşeron rayonu, Xırdalan şəhərində ümumi sahəsi 32 m² olan dəmir konstruksiyadan ibarət vaqonun içərisinə yığılan əşyalar yanıb.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

---------

10:42

Xırdalanda partlayış səsləri eşidilib.

Milli.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə istifadəçilər məlumat paylaşıblar. Paylaşımlarda güclü partlayış səsinin eşidildiyi bildirilir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən isə Milli.Az-a bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xirdalan şəhərində vaqon tipli tikilidə yanğın olması barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Əlavə məlumat veriləcək.

Milli.Az


Etiketlər:  Xırdalanda güclü yanğın başlayıb partlayış səsləri eşidilib YENİLƏNİB


RƏYLƏR