Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əvvəl toster, indi də smartfon

Əvvəl toster, indi də smartfon

Tarix: 18 May 2021 21:40

Yaponiyanın toster istehsalı ilə məşğul olan "Balmuda" şirkəti smartfon bazarına çıxmaq niyyətindədir.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, hazırda şirkət 5G telefonunun buraxılmasına hazırlaşır, hələlik yeni smartfon barədə məlumat verilmir, bircə məlumdur ki, onun satışlarına 2021-ci ilin noyabrında başlanacaq.  

"Məişət texnikası istehsalı biznesində əldə etdiyimiz təcrübəyə əsaslanaraq, Balmuda üçün yeni olan sürprizləri təqdim etmək istəyirik.  Bu - sürətlə inkişaf edən smartfon bazarına aiddir"-deyə şirkət bildirir.

"Balmuda" smartfonları "Kyocera" şirkətinin dəstəyi ilə istehsal olunacaq. Smartfonlar  ilk mərhələdə Yaponiyanın özündə "SoftBank" operatoru vasitəsilə satılacaq.

"Balmuda" məişət texnikası - lampalar, hava nəmləndiriciləri, dinamiklər və başqa qurğular istehsal edir. Onun ən populyar məhsulu toster olub - 5 il əvvəl bu qurğu Yaponiyada çox məşhur oldu, alıcılar onu əldə etmək üçün 5 ay gözləyirdilər.


Etiketlər:  Əvvəl toster indi smartfon


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ