Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan çempionatı tarixində ilk dəfə şəhidə ölkə çempionatının medalı veriləcək

Azərbaycan çempionatı tarixində ilk dəfə şəhidə ölkə çempionatının medalı veriləcək

Tarix: 19 May 2021 19:02

Azərbaycan futbolu tarixində ilk dəfə ölkə çempionatının mükafatı şəhidə veriləcək.

Sonxeber.net bildirir ki, apasport.az saytının məlumatına görə, bu barədə qərarı Ağdamın "Qarabağ" klubunun rəhbərliyi verib.

Əyalət təmsilçisi Vətən Müharibəsində şəhid olan azarkeş Məhəmmədəli İbrahimlinin adını medal alacaq komanda üzvlərinin siyahısına daxil edib. O, ölümündən sonra Azərbaycan Premyer Liqasının ya qızıl, ya da gümüş medalına layiq görüləcək.

Qeyd edək ki, Azərbaycan çempionu və gümüş mükafatçının adına saat 20:30-da başlayacaq "Neftçi" - "Qarabağ" matçında aydınlıq gələcək.


Etiketlər:  Azərbaycan çempionatı tarixində dəfə şəhidə ölkə çempionatının medalı veriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ