Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Alpinist”in oğurluq etdiyi evlərdən biri Cəlal İsayevin olub - 158 min aparıb

“Alpinist”in oğurluq etdiyi evlərdən biri Cəlal İsayevin olub - 158 min aparıb

Tarix: 21 May 2021 09:46

Xəbər verdiyimiz kimi, dünən alpinist alətləri ilə binaların damından balkonlara düşərək evlərdən 2 milyonluq oğurluq edən şəxslər tutulub.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Cavid Süleymanov və Əhməd Əhmədovun oğurluq etdiyi evlərdən biri Azərbaycanın sabiq baş infeksionisti Cəlal İsayevə məxsus olub.

Onlar C.İsayevin evindən 72 min dollar (122 000 AZN) və 2500 manat pul aparıblar. Bundan başqa, mənzildən 20 min dollar (34000 AZN) dəyərində qızıl-zinət əşyaları da oğurlanıb. 

Cinayət hadisəsi 2019-cu ilin avqust ayında baş verib. C.Süleymanov oğurluq etmədən əvvəl 2016-cı ildə xarici ölkədə alpinist hazırlayan kurslarda iştirak edib. O, oğurluq etdiyi mənzillərdə iz buraxmamaq, hadisə yerindən yayınmağın yollarını öyrənmək üçün kriminalistika və cinayət-axtarış fəaliyyəti haqqında ədəbiyyatlar oxuyub. Həmçinin, əldə etdiyi qızıl-zinət əşyalarını yaşadığı evə gətirərək orada yaratdığı zərgərlik emalatxanasında əridib. Daha sonra əritdiyi qızıllardan yeni model zərgərlik nümunələri düzəldərək paytaxtın müxtəlif nöqtələrindəki qızıl qəbulu yerlərinə satıb. Əhməd Əhmədov isə binaların ətrafında dayanaraq gözətçilik edirmiş.
 


Etiketlər:  Alpinistin oğurluq etdiyi evlərdən biri Cəlal İsayevin olub aparıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ