Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bu möhtəşəm qadın ilan sancmasından vəfat edib”

“Bu möhtəşəm qadın ilan sancmasından vəfat edib”

Tarix: 22 May 2021 13:55

"Bir çoxlarına maraqlı gəlir ki, çıxışımda ilan nəyi təmsil edir. Hər şeyi sizin üçün açıqlayıram. Bu, mənim ötən ilki "Cleopatra" mahnıma istinaddır, çünki bu möhtəşəm qadın məhz ilan sancmasından vəfat edib".

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri müğənni Samirə Əfəndi öz instaqram səhifəsində yazıb.  

O, "Avroviziya" səhnəsindəki fon görüntülərində ilan kadrlarının göstərilməsinin səbəbini açıqlayıb. Samirə deyib ki, müzakirə olunan görüntü "Cleopatra" mahnısı üçün hazırlansa da, "Mata Hari"də də istifadə edilib:

"İlan Mata Hari ilə bağlı da əhəmiyyət kəsb edir. Onu casusluqda ittiham edirdilər və biz bu hiyləgər və təhlükəli heyvanı Mata Harinin simvolu kimi tamaşaçılara göstərmək istədik".


Etiketlər:  möhtəşəm qadın ilan sancmasından vəfat edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ