Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

28 yaşlı qapıçı məşq vaxtı dünyasını dəyişdi - FOTO

28 yaşlı qapıçı məşq vaxtı dünyasını dəyişdi - FOTO

Tarix: 21 Oktyabr 2025 14:02

Türkiyənin Bandırma Sənaye İdman Klubunun qapıçısı, 28 yaşlı Oğuzhan Kamacı məşq zamanı qəfildən halı pisləşərək vəfat edib.

Sonxeber.net xəbər verir ki, hadisə məşq prosesi zamanı baş verib.

Kamacı qəfil yerə yıxıldıqdan sonra komanda yoldaşları dərhal tibbi yardım çağırıblar. Sahədə ilkin tibbi müdaxilədən sonra o, Bandırma Təhsil və Araşdırma Xəstəxanasına aparılıb, lakin həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Futbolçunun meyiti dəqiq ölüm səbəbinin müəyyənləşdirilməsi üçün Bursa Ədli Tibb Qurumuna göndərilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Gənc qapıçının ölümü futbol ictimaiyyəti arasında dərin hüznə səbəb olub.


Etiketlər:  yaşlı qapıçı məşq vaxtı dünyasını dəyişdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ