Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2025 13:42
İsveç futbolunda tarixi hadisə baş verib. Əhalisi 1 500 nəfərdən az olan Hallevik qəsəbəsini təmsil edən "Myöllbü" klubu ilk dəfə ölkə çempionatının qalibi adını qazanıb.
Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, komanda çempionatın 27-ci turunda səfərdə "Göteborq" üzərində 2:0 hesablı qələbə qazanaraq xallarını 66-ya yüksəldib və sona bir neçə tur qalmış qızıl medalları təmin edib.
Lideri izləyən Stokholmun "Hammarbü" klubu isə onlardan 11 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, "Myöllbü" 1939-cu ildə yaradılıb və bu nailiyyət klub tarixində ən böyük uğur sayılır. Komandanın İsveç çempionatında bundan əvvəlki ən yaxşı nəticəsi ötən mövsüm əldə etdiyi beşinci yer idi.
Hüseyn