Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Samsung” və “Google” daşınan elektronika üçün əməliyyat sistemlərini birləşdirib

“Samsung” və “Google” daşınan elektronika üçün əməliyyat sistemlərini birləşdirib

Tarix: 22 May 2021 20:52

"Google" və "Samsung" şirkətləri daşınan elektronika üçün əməliyyat sistemlərinin birləşdirilməsi ilə bağlı qərar qəbul ediblər. "Google" şirkətinin "Wear OS" və "Samsung" korporasiyasının "Tizen" əməliyyat sistemlərindən ibarət vahid platformanın yaradılması mayın 18-də "Google I/O" konfransında açıqlanıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, hazırda yeni əməliyyat sistemi "Wear" adlansa da, gələcəkdə onun adının dəyişdiriləcəyi istisna edilmir. Tərəfdaşların fikrincə, yeni sistemin üsünlükləri proqramların sürətli yüklənilməsi, daha rəvan animasiya və yeni platforma əsasında "ağıllı" saat və digər qurğuların avtonom işləmə müddətinin artırılması olacaq. Bundan başqa, proqram tərtibatçıları tərəfindən iki platforma üçün mobil əlavələrin versiyalarının yaradılmasına ehtiyac qalmayacaq.

Həmçinin sistemə yeni funksiyalar, məsələn, düymələr vasitəsilə naqviqasiya imkanı, musiqinin "YouTube Music" servisində lokal saxlanılması və "Fitbit" qurğularının fitnes funksiyaları əlavə olunacaq.

"Samsung" şirkətinin məlumatına görə, yeni nəsil "Galaxy Watch" "ağıllı" saatları, eləcə də premium sinifli "Fitbit" qurğuları yeni sistemin idarəetməsi ilə işləyəcək.

Milli.Az


Etiketlər:  Samsung Google daşınan elektronika üçün əməliyyat sistemlərini birləşdirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ