Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2021 23:48
Yaponiyanın "Panasonic" şirkəti "Toughbook S1" adlı yeni təhlükəsiz planşetini təqdim edib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, 7 düymlük modelin texniki xüsusiyyətləri köhnəlmiş görünə bilər - böyükölçülü çərçivələr, 1280x800 nöqtə təsvir ölçülü displey, "Snapdragon 660" prosessoru və 6/64 QB. Amma "Panasonic Toughbook S1" biznes istifadəçilərinə hədəflənmiş xüsusi planşetdir.
Ekran əlcəklə toxunuşu dəstəkləyir, hətta yağışın altında reaksiya verir. Daxili ştrix-kod skaneri və iki port (USB-A və USB-C) var. "Toughbook S1" planşeti "IP67" və "MIL-STD-810H" standartı üzrə sertifikatlaşdırılıb. Planşet 1,5 metrədək hündürlükdən bərk səthə yerə düşməyə dayanıqlıdır.
"Panasonic Toughbook S1" planşeti "Android 10" əməliyyat sisteminin idarəetməsi altında işləyir, amma 12-ci versiya quraşdırılacaq. Planşetin qiyməti 2499 dollardır.