Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avstraliyada turizm sektorunda çalışmaq istəyənlərə əlavə ödəniş veriləcək

Avstraliyada turizm sektorunda çalışmaq istəyənlərə əlavə ödəniş veriləcək

Tarix: 24 May 2021 20:56

Avstraliyanın Kvinslend ştatının hökuməti turizm sektorunda çalışmaq üçün buraya gələnlərə əlavə əməkhaqqı və digər güzəştlər təklif edir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə müraciətlə Kvinslend ştatının Baş naziri Anastasiya Palaşuk çıxış edib. Baş nazir bildirib ki, həmin region dünyanın ən gözəl məkanlarından biridir və hazırda karantindən sonra burada bərpa işləri sürətlə aparılır. Lakin regionun turizm sektorunda kəskin işçi qüvvəsi çatışmazlığı özünü göstərir.

"Dostlarınızı götürərək turist şirkətlərinə işləməyə gəlin və cənnətdə yaşayın", - deyə Baş nazir bildirib.

Qeyd edilir ki, iyulun 1-dən başlayacaq "Cənnətdə iş" adlı layihə çərçivəsində başqa yerlərdən gələnlərə 1165 ABŞ dolları məbləğində yerləşmə vəsaiti və 195 dollar yol xərci ödəniləcək. Həmçinin həmin şəxslərə çox da baha olmayan yaşayış yerləri təqdim ediləcək.

Ştat hökumətinin bu layihəyə ümumilikdə 7,5 milyon dollar vəsait ayırdığı da qeyd edilir.


Etiketlər:  Avstraliyada turizm sektorunda çalışmaq istəyənlərə əlavə ödəniş veriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ