Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2021 15:18
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 24-də 68,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,49 dollar/barel çoxdur.
Bu barədə Sonxeber.net-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 67,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,51 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 65,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,47 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 68,37 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,48 dollar/barel çoxdur.