Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə yeni kriptovalyuta buraxılır

Türkiyədə yeni kriptovalyuta buraxılır

Tarix: 25 May 2021 20:48

Kriptovalyuta mübadiləsindəki etibarsızlıq mühiti yaradan ən vacib problemlərdən biri istifadəçilərin əməliyyatlarını vaxtında ləğv edə bilməməsidir.

Milli.Az ted.az-a istinadən bildirir ki, fövqəladə hallarda kripto mübadiləsinə girə bilməyən istifadəçilər adətən bu vəziyyətdən maddi cəhətdən zərər görürlər.

Türkiyədə "Thodex", "Vebitcoin", "GoldexCo." kimi kriptovalyuta mübadilələrində yaşanan şikayətləri, investorların inamsızlığını aradan qaldırmaq üçün hərəkətə keçilib.

70 yerli proqram təminatının infrastrukturunu qurduğu və 4 milyon dollar sərmayə qoyulan "ABStocks" gələn ay bazara girməyə hazırlaşır.

"2 illik müddətdən sonra 70-ə yaxın türkiyəli proqramçı tərəfindən inkişaf etdirilən "ABStocks" beynəlxalq təhlükəsizlik sertifikatları standartı və arxasında güclü holdinq quruluşu ilə kripto birjalarından birinə çevriləcək", - deyə "ABStocks"un investoru və "AB Group Holding" idarə heyətinin başçısı Muhsin Bayrak bildirib.

Milli.Az


Etiketlər:  Türkiyədə yeni kriptovalyuta buraxılır


RƏYLƏR