Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İtaliya futbolunun əfsanəsi vəfat etdi - FOTO

İtaliya futbolunun əfsanəsi vəfat etdi - FOTO

Tarix: 26 May 2021 17:30

İtaliya millisinin heyətində futbol üzrə 1968-ci ildə Avropa çempionu və 1970-ci ilin dünya çempionu Tarçizio Burniç 82 yaşında vəfat edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Burniç uzun müddət davam edən ağır xəstəlikdən sonra Versiliyadakı evində dünyadan köçüb.

Burniç futbolçu kimi "Udineze", "Yuventus", "Palermo", "İnter" və "Napoli"də çıxış edib. O, beşqat İtaliya çempionudur, iki dəfə Çempionlar liqasında və Qitələrarası kubokunda qalib olub.

Qeyd edək ki, karyerasını başa vurandan sonra Burniç İtaliyanın çoxsaylı klubunda, o cümlədən "Livorno", "Bolonya", "Cenoa" və "Foce"nin məşqçisi işləyib. Onun sonuncu iş yeri "Peskara" olub və 2001-ci ildə klubdan ayrılıb.

Milli.Az


Etiketlər:  İtaliya futbolunun əfsanəsi vəfat etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ