Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan etdiklərinin cəzasını alacaq - Abdullah Ağardan sərt açıqlama - ÖZƏL

Ermənistan etdiklərinin cəzasını alacaq - Abdullah Ağardan sərt açıqlama - ÖZƏL

Tarix: 27 May 2021 10:54

"Ermənistan tərəfi çox hiyləgər siyasətin və strategiyanın altına imza atmaq yolundadır. Yəni öz gücü, imkan və qabiliyyəti Azərbaycanla mübarizə aparmağa çatmır. Belə olan təqdirdə daha üstün bir gücü öz mənfəətlərinə uyğun istifadə etmək planı qurur. Buna ən yaxın variant Rusiyadır".

Bunu Sonxeber.net-a açıqlamasında türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.

Türkiyəli ekspert bildirib ki, istədiyimiz yerdə və vaxtda törətdikləri təxribatların hesabını Ermənistandan soracağıq:

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bildirir ki, onlar təşkilata üzv olan hər hansı bir ölkənin torpağına bir təcavüz, hücum olduğu zaman müdaxilə edəcəklər. İndi Rusiyanın bu hərbi gücünü öz mənfəətləri daxilində istifadə edən bir Ermənistan görüntüsü var. Sərhəd ixtilaflarını da istismar edərək Rusiyanı silahı ilə münaqişənin içərisinə daxil etməyə çalışır. Dedirtmək istəyir ki, "Azərbaycan nahaq yerə Ermənistan torpaqlarına hücum etdi. 

Belə bir gerçək var: Müharibə Qarabağda, Azərbaycan torpaqlarında gedəcək. Ermənistanın etmək istədiyi budur. İşin içərisində elə bir hiylə, təxribat var: yəni mən Azərbaycana, Qarabağ torpaqlarına hücum edə bilərəm, burada bir hay-həşir salaram, sonra Azərbaycan mənim üstümə haqlı olaraq gələr və mən də bunu istismar edərəm. Bu, çox hiyləgər addımdır.

Digər tərəfdən bunu da demək lazımdır: Azərbaycan dövləti bunu yaddaşına qeyd edər, biz də bunu öz yaddaşımıza qeyd edirik. Yəni sən təcavüzkar olacaqsan, nahaq yerə torpaqlarımıza hücum edəcəksən, başqa ölkələrin gücündən istifadə edəcəksən və bütün bu savaş mənə, mənim sivil insanlarıma qarşı yönələcək, sənə heç bir şey olmayacaq?! İndi həssaslığı nəzərə alaraq, edilən hiylələri, manipulyasiyaları, təxribatları görərək bunları demək istəyirəm: Ağıllı bir türk ona düşmənçilik edəni istədiyi yerdə və zamanda deyil, öz istədiyimiz yerdə və vaxtda bunun hesabını onlardan soracağıq. 

İndi də ortada heç bir şey olmadığı halda, yenə də təxribatlara başlayıb. Bunu da sərhəd pozuntuları hesabına etməyə çalışır. Arzusu və məqsədi də məğlub olduğu müharibə nəticəsində üzləşdikləri itkiləri müəyyən yolla yenidən qazanmaqdır. Ermənistanın bu etdikləri nə qonşuluğa sığır, nə insaniyyətdiyə sığır, nə də ədalətə sığır. Əvvəl-axır Ermənistan bu etdiklərinin hesabını ödəyəcək".  

Təhməz Əsədov


Etiketlər:  Ermənistan etdiklərinin cəzasını alacaq Abdullah Ağardan sərt açıqlama ÖZƏL


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ