Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağstafada 23 yaşlı qadın itkin düşüb

Ağstafada 23 yaşlı qadın itkin düşüb

Tarix: 27 May 2021 13:34

Ağstafada itkin düşən şəxs axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, Ağstafa rayon Mərcimək kənd sakini, 1998-ci il təvəllüdlü Gülnar Salahova cari ilin may ayının 5-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

G. Salahovanın əlamətləri belədir: arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, qara uzun saçları vardır. Evdən çıxarkən onun qara idman paltarı qara və ağ rəngli idman ayaqqabısı olmuşdur.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin 022-22-5-25-52 şəhər və (099) 367-36-69 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Etiketlər:  Ağstafada yaşlı qadın itkin düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ