Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sürücülərin nəzərinə: Bakıda bu yollar DARALDILACAQ

Sürücülərin nəzərinə: Bakıda bu yollar DARALDILACAQ

Tarix: 27 May 2021 22:20

İyunun 4-6-da Bakıda keçiriləcək növbəti "Formula-1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri sürətlə davam edir.

Sonxeber.net xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətin diqqətinə çatdırır ki, şəkildə qeyd olunan ərazidə görülən hazırlıq işləri ilə əlaqədar olaraq Üzeyir Hacıbəyov küçəsinin Azadlıq prospekti ilə və həmçinin Azadlıq prospektinin Zərifə Əliyeva küçəsi ilə kəsişdiyi yerlərdə yolun hərəkət hissəsi mayın 27-i, gecə saatlarından etibarən sol tərəfdən iki zolaq qədər daraldılacaq.

Sürücülərdən xahiş olunur ki, hazırlıq işlərinin aparıldığı yerlərdə avtomobillərini parklamasınlar. Göstərilən anlayışa görə əvvəlcədən təşəkkür edirik.


Etiketlər:  Sürücülərin nəzərinə Bakıda yollar DARALDILACAQ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ