Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2021 22:30
Türkiyə karantindən sonra nəzarətli normallaşmanın son günlərinə yaxınlaşır. Artıq yoluxma halları azalıb, peyvənd işləri sürətlənib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, iyunun 1-dən ölkədə yeni yol xəritəsi izləniləcək.
Səhiyyə Nazirliyi Sosioloqiya Elmləri Şöbəsinin üzvü, professor Mustafa Necmi İlhan deyib ki, "Maska zərurəti aradan qalxa bilər, ancaq yalnız açıq sahələrdə".
Beləliklə, ölkədə koronavirusla mübarizədə yeni bir dövr 1 iyundan başlayacaq.
Nəzarətli normallaşma dövründə yoluxma hallarının azalmasıyla ağır xəstə sayında da eniş müşahidə edilib. Vaksinasiya prosesinin sürətlənməsi buna əlavə olununca epidemiya ilə mübarizədə müsbət cədvəl ortaya çıxıb.