Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2021 10:24
Əfqanıstanın Pərvan vilayətində universitetin tələbələrini və müəllimlərini daşıyan avtobusunun partladılması nəticəsində dörd nəfər ölüb, azı 13 nəfər yaralanıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, ölən və yaralananlar Alberoni Universitetinin müəllimləridir.
Yerli mətbuat partlayışın baş verdiyi vaxta avtobusda tələbələrin də olduğunu yazıb.
Hadisə yerində həkimlər və polis əməkdaşları işləyir. Bu saata qədər heç bir terror qruplaşması partlayış üçün məsuliyyəti öz üzərinə götürməyib.