Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2021 11:42
Rəsmi Tehranın bəyanatlarına rəğmən, İranda ermənilərə və Ermənistana verilən dəstək azalmır.
Tehrandakı bəlli qüvvələrin dəstəklədiyi ermənilər "Bakı ermənilərinin Gilana sığınması" adlı kitab hazırlayaraq dərc etdiriblər.
Sonxeber.net bildirir ki, İranın Gilan vilayətində fars dilində dərc olunmuş kitabın Gilan Universitetində rəsmi təqdimat mərasimi keçirilib.
Beləliklə, İranda universitet və elmi mərkəzləri də erməni yalanları ilə zəhərlənir. Daha doğrusu, tarixi həqiqətləri olduğu kimi göstərmək əvəzinə, erməni uydurmalarını təbliğ olunur.
Halbuki heç kimə sirr deyil ki, elə sadəcə, İrəvanın özündə 300 min azərbaycanlı ermənilər tərəfindən soyqırıma məruz qalıb.